17 Noyabr 11:44

“Stressi necə idarə edək?” adlı seminar keçiriləcək

“Sosial Biznes Gənclər Mərkəzi (SBYC)” nin əsas məqsədi gənclərə sosial sahibkarlığı təbliğ etmək, maarifləndirmək və onlara sosial biznesləri yaratmaqda lazımi dəstəyi göstərməkdir.

Sizin sosial biznes ideyanız var və sosial biznes qurmaq istəyirsiz? Sosial sahibkar kimi müxtəlif insanlarla çalışırıq. Müasir dünyanın xəstəliyi adlanır stress. Hər gün həyatın hər bir sahəsində stresslə qarşılaşır və bir çox hallarda bundan şikayyət edirik. SBYC-nin növbəti tədbirinə xoş gəlmisiniz!

Tarix : 2 dekabr, 11.00

Mövzu: “Stressi necə idarə edək?”
Məkan: Baku İdea Lab(Caspian Plaza, 3-cü mərtəbə, Cəfər Cabbarı küç.44, Nizami metrosunun yaxınlığı)
Müddət: 1.5 saat
Dil: Azərbaycan dili
___________________________

Spiker: Elman Süleymanov

– 2015-ci ildə Qərb Universitetinin Politologiya fakültəsini bitirib. 2015-2017-ci illərdə Türkiyənin Akdeniz Unversitetinin Psixologiya fakültəsində magistr təhsili alıb.
– “Bizim Gənclik” İctimai Birliyinin sədri olaraq fəaliyyət göstərib
– Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurası tərəfindən dəstəklənmiş layihələrdə təlimçi olub. Gürcüstan və Türkiyədə həyata keçirilən layihələrdə, o cümlədən müxtəlif universitetlər və özəl şirkətlər tərəfindən həyata keçirilən tədbirlərdə seminar və təlimlər təşkil edib.
– Ünsiyyət bacarıqları, vaxtın düzgün idarə edilməsi, layihələrin yazılması və idarə edilməsi, BMT Konvensiyası əsasında uşaq hüquqlarının müdafiəsi, əlillik anlayışı streotiplərinin aradan qaldırılması, könüllülük prinsipləri və faydaları, vətəndaş cəmiyyətinin rolu və QHT idarəçiliyi, iş ortamında müştərilərlə və biznes partnyorla etiket prinsiplərə riayət, şəxsi münasibətlərdə ortaq qərarların alınması, qarşılıqlı güzəşt və s. mövzularda təlimçilik təcrübəsi var

_________

Tədbirdə müzakirə olunacaq:

– Stress nədir?
– Stressin faydaları.
– Stressin tarixi.
– Stressi azaltmaq üçün metodlar.
– Stresslə barışmaq.
– Stressin bədənimizə vurduğu fizioloji zərərlər.
– Stressin bizə vurduğu psixoloji zərərlər

Tədbir interaktiv şəkildə qrup tapşırıqları ilə dolu workshop formatında keçiriləcək.

İştirak ödənişsizdir. Yerlər məhduddur. Qeydiyyat linki: https://goo.gl/forms/hEI8DVBwT1bVKDCZ2
Qeydiyyat üçün son tarix : 1 dekabr, 18.30

Əlaqə:

050 726 39 03
[email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)