Çərşənbə axşamı, 15 İyul, 2025

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutuna işçi tələb olunur


  • Dərc edildi: 14 İyul, 2025 - 22:05
Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutuna işçi tələb olunur

Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutuna işçi tələb olunur.

Vəzifə: Layihəçi-konstruktor

Yer: Bakı şəhəri, Azərbaycan

Təşkilat: “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” PHŞ

 

Vəzifə öhdəlikləri:

-Hidrotexniki qurğuların dəmir-beton və metal konstruksiyaların layihələndirilməsi;

-Hidrotexniki qurğuların dəmir-beton və metal konstruksiyaların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablanması;

Statik hesabat nəticəsində iqtisadi cəhətdən səmərəli olan konstruktiv elementlərin en kəsiyinin və materialının təyin olunması.

 

-Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin doldurulması;

– Konstruktiv layihə cizgilərinin çəkilməsinin təşkil edilməsi;

– Hidrotexniki qurğuların dəmir-beton və metal konstruksiyaların quraşdırılması işlərinə nəzarətin həyata keçirilməsi;

-Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və əlavə tələb olunan texniki sənədlərin tərtib edilməsi.

-Layihələrin istehsalat sahəsində və quraşdırma sahəsində tam təhlükəsiz və tikinti normalarına uyğun təhvil verilməsində işlərin ardıcıllığına nəzarət edilməsi.

 

Tələblər

-Tam ali texniki təhsil;

-Minimum yaş həddi – 25;

-Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;

-Ünsiyyət qurma, fikrini səlis izah edə bilmə qabiliyyəti;

-Vəziyyətə tez uyğunlaşa bilmə qabiliyyəti;

– Ofis proqramları, AutoCad, Civil 3D, 3dMax, SketchUp, Tekla, Robot Structural Analysis, SAP2000, Lira 9.6 proqramlarında işləmə bacarığı və cizgilərin hazırlanması, hesabat və vizualizasiya proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;

– İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı;

-Ezamiyyətə getməyə hazır olmalı.

 

Azərbaycan, İngilis və Rus dillərini bilənlərə üstünlük verilir.

Əlavə məlumat:

-Stabil əmək haqqı

-Təlim və inkişaf imkanları

-Sosial paket

 

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsinə mütləq “Layihəçi konstruktor” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

 

Müraciətin son tarixi: 31.08.2025-ci il

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 208
Bağçada tərbiyəçi-mü...
Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 4649
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 188
Tələbələrin köçürülm...