9 Mart 13:12

Sualtı arxeoloji ekspedisiya – 50, Viktor Kvaçidze – 85” adlı elmi seminar keçiriləcək

13 mart 2018-ci il tarixdə saat 11.00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi-fond şöbəsi və Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə Muzeyin Konfrans zalında “Sualtı arxeoloji ekspedisiya – 50, Viktor Kvaçidze – 85” adlı elmi seminar təşkil olunacaq.

Seminarda 1968-1987-ci illərdə Xəzər akvatoriyasında geniş miqyaslı sualtı arxeoloji axtarışlar aparmış ekspedisiyanın fəaliyyəti, daha sonra isə V.A.Kvaçidzenin həyat və elmi yaradıcılığı haqqında məruzə dinləniləcəkdir.

Tədbirdə həmçinin AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssis və Muzey əməkdaşlarının seminarın mövzusu ətrafında çıxışları dinləniləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)