“Sudan səmərəli istifadənin metodları” layihəsi uğurla başa çatıb

Aprelin 4-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi,“Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respubilka Komitəsi və “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Sudan səmərəli istifadənin metodları” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının himni ilə açıq elan olunub. Sonra “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Kadrlar üzrə mütəxəssisi Əminə Qəyyumova Bakının su təchizatı tarixi, Hacı Zeynalabdin Tağıyev və Vilyam Lindleyin gördüyü işlər barədə geniş məlumat verib. Sonra, layihənin rəhbəri, “Sukanal” ETLİ-nin Doktorantura şöbəsinin metodisti Pərvanə Xıdırova bildirib ki, gənc tədqiqatçıların su təsərrüfatı sahəsində təcrübi biliklərinin artırılması və gələcəkdə su təchizatı sahəsində innovativ işlərin görülməsinə dəstək məqsədilə həyata keçirilən layihə çərçivəsində gənclər Hövsan Aerasiya Stansiyası, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olub, sudan səmərəli istifadə sahəsində qabaqcıl iş təcrübəsini öyrəniblər. Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin əməkdaşı Əliağa Əzizov “Su diplomatiyası, transsəhəd su problemləri” , “Sukanal” ETLİ-nin direktor müavini Rəşail İsmayılov “Qarabağın su ehtiyatlarının hesablama metodları” mövzusunda layihə iştirakçılarına təlimlər keçiblər.
Daha sonra, “Sukanal” ETLİ-nin direktoru Vüqar Mirzəyev, Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzinin sədri Xəyalə Məmmədova, “Azərsu” ASC-nin Sosial inkişaf şöbəsinin aparıcı mühəndisi Günay Məmmədli, BDU-nun Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, Hidrogeologiya və mühəndisi geologiya kafedrasının müdiri professor Bahadir Qələndərov, Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev çıxış edərək layihədə fəal iştirak etdiklərinə görə iştirakçılara təşəkkürlərini bildirib, onların gələcəkdə su təchizatı sahəsində uğurlu addımlar atacaqlarına əminliklərini ifadə ediblər. Çıxışlardan sonra layihənin hesabatını əks etdirən və layihə iştirakçılarının hazırladığı “Water open/close” adlı videoçarxlar nümayiş etdirilib. Tədbirin sonunda, interaktiv yarışın qalib komandasının 10 üzvünə diplom, “Su problemləri: elm və texnologiyalar” , “Elm və innovativ texnologiyalar” jurnalları, “Azərbaycan Çaylarının Ekoloji Təhlükəsizliyinin Qiymətləndirilməsi” adlı kitabı hədiyyə edildi. Təlimçilər və təşkilat komitəsinin üzvlərinə təşəkkürnamə, tədbir iştirakçılarına sertifikatlar təqdim edildi. __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az