8 İyun 17:02

“Sülh üçün İctimai Vəkillik” mövzusunda 5 günlük təlim

Təlim: “Advocacy for Peace”- “Sülh üçün İctimai Vəkillik”
Son müraciət tarixi: 15 iyun 2018-ci il
Birləşmiş Millətlər Təşkilatının Gürcüstan Assosasiyası və Y-PEER Azərbaycan şəbəkəsini dəstəyi ilə 18-22 iyun tarixlərində “Sülh üçün İctimai Vəkillik” mövzusunda 5 günlük təlim baş tutacaq.

Təlimin ümumi məqsədi Azərbaycanda gənclərin sülh quruculuğu sahəsində aktivliyini artırmaq və Dağlıq Qarabağ münaqişəsi kontekstində münaqişənin transformasiyası prosesinin inkişafına yardım etməkdir.

Təlimə seçim prosesində aşağıdakı kriteriyalara uyğun gələn şəxslərə üstünlük veriləcək:

-18-25 yaş aralığında olmaq;
– Münaqişə və sülh mövzusunda maraqlı olmaq;
– İctimai vəkillik kampaniyaları aparmaqda həvəsli olmaq;
– Sülh aktivizmli ilə bağlı yeni ideyalara sahib olub davamlı fəaliyyət aparmaq istəyinin olması;
– Təlimin hər gün bütün sessiyalarında iştirak edə bilmək.

Təlim ilk üç gün, 18-19-20 iyun tarixlərində saat 14:00-18:00-da baş tutacaq.
21-22 iyun tarixlərində isə saat 10:00-18:00 -dək davam edəcək.
LINK

Əlavə suallarınız varsa, əlaqələndirici şəxs Zahid Hüseynovla [email protected] emaili vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bəyən və paylaş