10 Dekabr 12:05

“Sumqayıt Gənclər Evi” gənclər üçün könüllülük müsabiqəsi

“Sumqayıt Gənclər Evi” ictimai-fəal, aktiv gənclər üçün könüllülük müsabiqəsi elan edir. Müsabiqənin məqsədi “Azərbaycan 2011-2015-ci illərdə” Dövlət Proqramından irəli gələn məsələlərin həlli istiqamətində şəhərin müxtəlif sahələrini təmsil edən gəncləri bir araya yığaraq onların asudə vaxtlarının səmərəli təşkili, gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsinə şərait yaradılması, sosial fəaliyyətlərinin artırllması, bilik və bacarıqlarının üzə çıxarılmasıdır. Könüllülər həmçinin “Sumqayıt Gənclər Evi”ndə keçirilən seminarlar, təlimlər, ingilis və rus dillərində danışıq klublarında, intelektual oyunlar, tur gəzintilərində, əlamətdar günlərə həsr olunmuş bayram tədbirlərində, flaşmoblarda iştirak etmək imknaı əldə edəcəklər.
Könüllülük müsabiqəsi iki istiqamət üzrə nəzərdə tutulub:
1. Təşkilatı işlər

2. Müəllim köməkçisi
Qeyd: Müəllim köməkçisi istiqamətində könüllülər yüksək ixtisaslı müəllimlərin köməyi ilə təcrübə qazanmaq imkanı əldə edıcəklər. Könüllülük xidməti Təşkilatı işlər üzrə 3 ay, müəllim köməkçisi kimi 6 ay müddətinə nəzərdə tutulmuşdur. Könüllüllük fəaliyyətinin sonunda iştirakçılara Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyətlər üzrə “Könüllülük Sertifikatı” təqdim ediləcək.
Müraciət etmək istəyən gənclər 30 dekabr 2015-ci il tarxinə kimi CV-lərini [email protected] elektron ünvanına göndərə və ya “Sumqayıt Gənclər Evi”nə təqdim edə bilərlər.
Əlaqə: Mob. 055 862 01 80, 055 887 42 52
( 018) 655 5 47 32, 655 5 51 30

Bəyən və paylaş

Rəylər

rəy(lər)