25 İyul 00:40

Sumqayıt Teatrı müsabiqə elan edir

Sumqayıt Dövlət Dram Teatrı truppanın gəncləşdirilməsi, istedadlılara dəstək məqsədi ilə 18-22 yaşlı, aktyorluq qabiliyyətli, teatr sənətinə marağı olan, hazırda İncəsənət Universitetində təhsil alan və ya təhsilini başa vurmuş gənclər üçün kastinq elan edir. Kastinqdə iştirak etmək istəyən gənclər 15 sentyabr 2018-ci il tarixinə qədər aşağıda göstərilən ünvana müraciət edə bilərlər.
Yeni mövsümdə SDDT gənc dramaturqları da diqqətdən kənar qoymayacaq. Teatr repertuarı genişləndirmək, mövzu rəngarəngliyini artırmaq, həmçinin istedadlı gənc yazarları teatra cəlb etmək məqsədilə dram əsərlərinin müsabiqəsini elan edir. Göndərilən əsərlər aşağıda qeyd olunan mövzuları əhatə etməlidir.
– Sumqayıt şəhərinin yaranması, tarixi, dünəni və bu gününü əhatə edən səhnə əsəri;

– Hərbi-vətənpərvərlik mövzusu;
– Gənclərin həyatından bəhs edən innovativ mövzular.

Müraciət üçün email: [email protected]
Tel: 050 242 47 76
Son müraciət tarixi 15.09.2018

Bəyən və paylaş

Rəylər

rəy(lər)