22 Dekabr 04:57

Sumqayıt teatrında hind, ispan, fars, yəhudi, ləzgi, qaraçı, rus, özbək rəqsləri, eləcə də milli rəqslər nümayiş etdiriləcək – Giriş sərbəstdir

Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllülərinin “Multikulturalizm ili”nə və dövlət başçısının doğum gününə həsr olunmuş konsert-tədbiri olacaq. Dekabrın 22-si saat 17:00-da keçiriləcək konsert-tədbirdə Sumqayıt regional “ASAN xidmət” mərkəzinin 35 könüllüsü tərəfindən bir çox xalqların rəqsləri və musiqi nömrələri ifa olunacaq. Könüllülərin ifasında hind, ispan, fars, yəhudi, ləzgi, qaraçı, rus, özbək rəqsləri, eləcə də milli rəqslər nümayiş etdiriləcək. Bundan əlavə, ölkə başçısına həsr olunmuş mahnıların və musiqi irsimizin incisi olan muğam ifası nəzərdə tutulub. Konsertə vətənpərvərlik ruhunda olan musiqi nömrəsi və kollektiv Yallı ifası ilə yekun vurulması planlaşdırılır. Sonda Azərbaycan Prezidentinə həsr olunmuş video-slayd nümayiş etdiriləcək. Konsertə giriş sərbəstdir.
Xatırladaq ki, eyni tədbir Bakıda Rəşid Behbudov adına teatrda keçirilib.
Xeberle.com

Bəyən və paylaş

Rəylər

rəy(lər)