25 Sentyabr 14:40

Sumqayıtda yaşayanların nəzərinə!

Sumqayıtda yaşayanların nəzərinə!

BMT İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı və USAID-nin maliyyə dəstəyi ilə Sumqayıtda yeni layihə başlanır.

Layihə sumqayıtlı gənclərin iş axtarması, mikro-biznes təşəbbüsləri, karyera planlaması, habelə peşəkar və şəxsi inkişafına dəstək göstərəcək.

Bu məqsədlə yaradılacaq Gənclərin Məşğulluq və Təlim Mərkəzində Təlimçi-Koordinator vəzifəsinə xanım işçi axtarılır.

Təlimçi-Koordinator Mərkəzdən bəhrələnən gənclərin uğurlu karyerası üçün lazım olan peşəkar bacarıqlarının artırılması məqsədilə müxtəlif təlimlərin keçirilməsi və mentorluq xidmətinin göstərilməsinə cavabdeh olacaq.

Tələblər:

– Ali təhsil

– İnsanlarla asan ünsiyyət qurmaq və qrupla işləmək bacarığı

– Təlimçilik təcrübəsi: CV hazırlanması, müsahibə, işgüzar yazı, effektiv kommunikasiya, düzgün təqdimat, komanda işi və bu kimi sahələrdə təcrübəsi olanlara üstünlük verilir

– Özəl sektorda iş və ya əməkdaşlıq təcrübəsi

– Minimum intermediate səviyyədə ingilis dili

– MS Office proqramları ilə rahat işləmək bacarığı (Word, Excel, PowerPoint)

Gənclərin uğurlu gələcəyinə töhfə verə bilmək əminliyiniz varsa, bizim komandamıza tələsin!

Əlaqə: [email protected]

Son müraciət tarixi: 6 oktyabr 2019

Bəyən və paylaş

Rəylər

rəy(lər)