26 Dekabr 19:43

“Suni İntellekt İnsan Kapitalına necə təsir “ edir mövzusunda seminar keçiriləcək

Human Foundation – ın təşkil etdiyi “ Suni İntellekt İnsan Kapitalına necə təsir “ edir mövzusunda 28 Dekabr saat 15:00 da keçiriləcək diskusiyyasına dəvət edirik.

Məruzəçilər:

1. Günay Kazimzadə. Hal hazırda Berlin Texniki Üniversitetində Süni Intellekt üzrə doktorantura təhsilini davam etdirir. Bununla yanaşı Almaniyanin İnternet Institutunda Tədqiqatçı olaraq çalışır. Lomonosov adına Moskva Dövlət Üniverstetinin Bakı filialının Tətbiqi Riyaziyyat fakültəsini, Almaniyanın Bonn Üniversitetinin Kompüter Elmləri üzrə master təhsili alıb.
– DAAD(Almaniya mübadilə programı)
– Dövlet programı

– Azercell Tələbə təqaüdü programlarının qalibidir. Həmçinin TedxHUBerlində çıxış edib.
Magistratura təhsilindən sonra Azerbaycana qayıdan Günay Xezer Üniversitetində ve Britaniya məktəbində tədris edib.
Tech Tech Xanim layihəsi ilə 3000den çox xanıma IT üzrə təlimlər ve seminarlar teşkil edib. Bu il Google şirketinin təqaüdünü qazanaraq Belgradda keçirilən ACM Womecourage konfransında çıxış edib.
Almaniyanin qabaqcıl Üniversitelerində ve konferanslarında tədqiqatları ilə çıxış eden Günay Noyabr ayında Amsterdamda keçirilən European Women in Technology konfransında Süni İntellekt mövzusunda çıxış eden yeganə Azerbaycanlı xanımdır.
Dekabr ayında Berlinde keçiriləcək OEB Learning Technologies konferansında da Təhsil mövzusunda aparıcı mütəxəssizlərlə birgə çıxış edib və tədqiqatları çap olunub.

2. Sabrina Əliyeva – O ASOA universitetinden 2011 ci ildə məzun olub və eyni ildə Stanforda qəbul olub. 2017 ci ildə Geofizika sahesində Stanforddan məzun olub və R&D mühəndisi olaraq Synopsys-də çalışıb. Synopsysda o photomask istehsal processlərinə dərin öyrənmənin tədbiqi ilə bağlı yeni modelləri formalaşdırmaqla məşğuldur. Doktor Sabrina Aliyeva PHDsini 2018 ci ildə Stanford Universitetində müdafiə edib. O, halhazirda Kaliforniyada yerlesen Synopsis şirkətinə machine learning mühəndisi kimi çalışır.

📍Məkan: INNOLAND İnkubasiya & Akselerator Mərkəzi
🗓 Tarix: 28.12.2018
🕒 Zaman: 15:00

Giriş sərbəstdir.
📞 Əlavə məlumat üçün: +99470 9935555 – Xəyalə Məmmədova

Bəyən və paylaş

Rəylər

rəy(lər)