15 Aprel 09:16

Sürətə həyacanı BİR ilə qat!

Formula-1 yarışlarının təkcə izləyicisi kimi yox, həm də BİRinci Respublika Tələbələrarası Kartinq Çempionatında iştirak edərək sürət həyacanınından ZÖVQ al!
Azərbaycanda ilk dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı təşkilatçılığı ilə və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin tərəfdaşlığı ilə keçiriləcək BİRinci Respublika Tələbələrarası Kartinq Çempionatında öz ali təhsil müəssisəni təmsil et!
Əgər sən:

• sürəti hiss etmək istəyirsənsə;
• dostunun yarış çevrəsinə izləmə otağında monitordan baxmaq istəyirsənsə;
• ali təhsil müəssisənə dəstək olmaq istəyirsənsə;
• komanda ruhunu hiss etmək istəyirsənsə;
• özünü sükan arxasında sınamaq istəyirsənsə;
• sağlam rəqabət həyacanını yaşamaq istəyirsənsə;
• ali təhsil müəssisənin adını BİRinci etmək istəyirsənsə;
BİRinci olub adını tarixə yazmaq istəyirsənsə;
• əsl “Formula 1” ab-havasından ZÖVQ ALmaq istəyirsənsə
Bu imkan məhz sənin üçündür!
Qafqazın ən böyük, örtülü əyləncəvi Kartinq mərkəzi Baku Karting & Event Сenter-da tələbələrarası Çempionat 23 – 24 Aprel, 2016-ci il tarixində keçiriləcəkdir. Çempionatda Proqramın əhatə etdiyi 15 Ali təhsil müəssisənin tələbələri iştirak edəcəkdir.
Çempionata hər Ali təhsil müəssisəsindən maksimum  5  tələbə iştirakçı qismində qatıla bilər.
İştirakçı olmaq istəyirsən? O zaman QEYDIYYATDAN BİRinci keç və ilkin tibbi müayinədən uğurla keç.
Azarkeş olmaq istəyirsən? O zaman QEYDIYYATdan elə indi keç!
Azarkeş və ya iştirakçı şəklində iştirakını qeydiyyat zamanı vurğula. İştirakçı kvotasına uyğun olmadığın halda, müraciətinə azarkeş şəklində baxılacaq.
Çempionat 2 gün davam edəcəkdir.
Çempionatda iştirakçı şəklində qeydiyyatdan keçənlər üçün tələblər:
• yaşı 16-dan yuxarı olmalı;
• boyu 150 sm-dən yuxarı olmalı;
• çəkisi 100 kq-dan artıq olmamalıdır.
Son qeydiyyat tarixi: 18.04.2016
Tarix: 23-24 Aprel, 2016
Məkan : Baku Karting & Event Сenter

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)