15 Noyabr 23:42

Şura 2019-cu il üçün 1-ci qrant müsabiqəsini elan edir

  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il birinci qrant müsabiqəsini elan edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) qrant müsabiqəsində (bundan sonra – müsabiqə) iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:
1. Siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi, söz, fikir və ifadə azadlığının genişlənməsinə dair təşəbbüslər;
2. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
3. Şəhid ailələri, qaçqın, məcburi köçkün, əlilliyi olan şəxslərin, veteranların və digər həssas sosial qruplara aid olan şəxslərin sosial məsələlərinin həll edilməsinə dair təşəbbüslər;
4. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsinə dair təşəbbüslər;
5. Əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsinə dair təşəbbüslər;
6. Ümumi, orta ixtisas və ali təhsil, mədəniyyət və incəsənətin inkişafına dair təşəbbüslər;
7. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən sahibkarlıq mühitinin stimullaşdırılmasına dair təşəbbüslər;
8. Ölkənin turizm cəlbediciliyini artırmaq məqsədilə beynəlxalq miqyasda fəaliyyətin genişləndirilməsinə dair təşəbbüslər;
9. Ailə, qadın və uşaqların sosial, fiziki və mənəvi inkişafına dair təşəbbüslər;
10. İnsan alverinə qarşı mübarizə sahəsində təşəbbüslər;
11. Kənd təsərrüfatı kooperativləri, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının müxtəlif sahəvi və regional assosiasiyalarının institusional potensialının gücləndirilməsinə dair təşəbbüslər;
12. Ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlar arasında maarifləndirici tədbirlərin təşkili;
13. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı, o cümlədən İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmunçatışmazlığı Sindromu (İİV/QİÇS) ilə mübarizəyə dair təşəbbüslər;
14. Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliğinə dair təşəbbüslər;
15. İnternet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslər;
16. Dini dəyərlərin təbliğinə və radikal dini cərəyanlarla mübarizəyə dair təşəbbüslər;
17. Uşaqların internet informasiya resurslarının zərərli təsirlərindən qorunması ilə bağlı təşəbbüslər;
Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.
Layihələrin müddəti
Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.
Qrantın məbləği
• 2017-ci ilin sonunadək dövlət qeydiyyatından keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 10000 (on min) manat ola bilər.
• 2018-ci il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000 (üç) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.
Müsabiqə mərhələləri
Müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 15 noyabr 2018-ci il tarixdən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 5 mərhələ üzrə aparılır:
• 1-ci mərhələ – Ərizənin qeydə alınması və layihə sənədlərinin qəbulu;
Bu mərhələ 15 noyabr–17 dekabr 2018-ci il, saat 18.00-dək müddəti əhatə edir.
• 2-ci mərhələ – Ərizələrin texniki seçim mərhələsi;
Bu mərhələ 15 noyabr–17 dekabr 2018-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
3-cü mərhələ – Layihə sənədlərinin texniki seçim mərhələsi;
Bu mərhələ 15 noyabr-24 dekabr 2018-ci il tarixlərini əhatə edir. Təqdim olunan layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
• 4-cü mərhələ – Qeydə alınmış layihə sənədlərinin ekspertizası;
Bu dövr 26 dekabr 2018-ci il–28 yanvar 2019-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə sənədlərinin hər biri azı 2 ekspert tərəfindən ayrı-ayrılıqda və məxfilik təmin edilməklə qiymətləndirilir.
• 5-ci mərhələ – Şurada müzakirə və qaliblərin elan edilməsi;
Müsabiqə qalibləri 2019-cu il fevral ayının 15-indən sonra Şuranın iclasının qərarıyla müəyyən olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc ediləcək.
Əlavə məlumatlar:
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 23 noyabr 2018-ci il saat 15.00-da Şuranın inzibati binasında (Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1, II mərtəbə) keçiriləcək.
Müsabiqədə iştirakla bağlı e-ərizə bölməsindən istifadəyə dair təlimatla tanış olmaq mümkündür. Əlavə məlumat almaq üçün Şura Katibliyinin məsləhətçiləri Tural Hüseynli və Elnur Bağırlıya müraciət etmək olar.
Tel/faks: (012) 493 17 32/80 (daxili 250/270).
E-mail: [email protected]; [email protected]

Musabiqe qaydalari-2019.doc

2. Elave-2. Layihe teklifi.docx

3. Elave-3 Icra plani.doc

4. Elave-4. Xercler smetasi.xls

Bəyən və paylaş

Rəylər

rəy(lər)