“Sürücüsüz avtomobillər və təhsil-sənaye əməkdaşlığı” adlı vebinar keçiriləcək

Azərbaycan Respublikasının Təhsil İnstitutu Sizi, 3 mart 2021-ci il, saat 19:30-da keçiriləcək “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsinin “Sürücüsüz avtomobillər və təhsil-sənaye əməkdaşlığı” adlı növbəti tədbirində iştirak etməyə dəvət edir.

Tədbirdə spiker qismində Böyük Britaniyada “Oxbotica” şirkətində maşın öyrənməsi mühəndisi vəzifəsində çalışan Tərlan Süleymanov çıxış edəcək. O, bakalavr və magistratura təhsilini Böyük Britaniyanın Şeffild Universitetində, Robototexnika üzrə doktorantura təhsilini isə Oksford Universitetində tamamlayıb. Tərlan Süleymanovun araşdırma sahəsi sürücüsüz avtomobillərin ətraf mühiti qavraması, sürülə bilən yolların və yol kənarlarının kamera ve lazerlərlə aşkarlanmasını əhatə edib. Oksford Robototexnika İnstitutunda elmi araşdırmalarını davam etdirən spiker, eyni zamanda Azərbaycan Elm Assosiasiyasının həmtəsisçisidir və hal-hazırda Assosiasiyanın həmsədri olaraq da fəaliyyət göstərir.

Onlayn görüşün əsas məqsədi sənayedə mövcud texnoloji yeniliklərdən biri olan sürücüsüz avtomobilləri və ali təhsil müəssisələrinin texnologiya transferi prosesində iştirakını müzakirə etməkdən ibarətdir.

Tədbir tələbələr, təhsil idarəçiləri və işçiləri üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 1 mart 2021-ci il tarixinə qədər bu linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://bit.ly/3dKZeV4

Bir cavab yazın

Back to top button