“Şuşa Azərbaycanın Mədəniyyət şəhəridir” adlı sərgi keçiriləcək

Kimlər iştirak edə bilər: Poster dizaynı sahəsində çalışan hər kəs

Son müraciət tarixi: 10 iyul 2021-ci il

“Şuşa Azərbaycanın Mədəniyyət şəhəridir” adlı sərgiyə əsərlərin qəbulu açıq elan edilir. Sərginin məqsədi Şuşanın mədəni tarixini, Xarbülbül simvolunu, arxitekurasını tanıtmaqdır.

Sərgi PosterIM, “Kreativ Azərbaycan” platforması, “World Graphich Designer” (İndoneziya), Calanca Biennali (Switzerland), Ring (Rinc red internacional de creadores visuales – Meksika) təşkilatlarının birgə əməkdaşlığı ilə təşkil ediləcək.

Sərgiyə təqdim olunmuş işlər yerli və xarici dizaynerlər tərəfindən qiymətləndiriləcək. Seçilmiş işlər sərgidə yer alacaq.

Müraciət

  • Son müraciət tarixi: 10 iyul
  • Sərgilənmə tarixi: 25 iyul (yalnız seçilən işlər)
  • 50×70 sm (jpeg 300dpi vertikal olaraq hazırlanmalıdır)
  • İşi göndərilən zaman jpeg faylın adında zəruri qeyd nümunəsi: Soyad_ad_işin adı_ölkə
  • İşlər [email protected] unvanına göndərilməlidir.

Mükafat

Seçilmiş müəlliflərə iştirakçı sertifikatı veriləcək və onlar Beynəlxalq poster festivalının bir parçası olacaqlar.

Sərgi onlayn formada Virtual Ziyarət şəklində təşkil olunacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir