"Şuşa ili"nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

Ümumtəhsil müəssisələrininIX-XI sinif şagirdləri arasında 23 aprel 2022-ci il tarixində “Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək. Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi və qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır. Olimpiadanın təşkilatçıları ARTİ, Bakı Dövlət Universiteti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsidir. Qeyd edək ki, olimpiada Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində həyata keçiriləcək, qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaq. Olimpiada 23 aprel saat 10:00-da onlayn şəkildə həyata keçiriləcək. Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://www.oxuyan.az/exams/ii-mekteblilerarasi-astronomiya-olimpiadasi-vhjy4r
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az