“Suvar” ansamblı-Qafqaz rəqsləri axşamı

Əziz dostlar!
Sizi “Suvar” folklor kollektivinin ifasında çılğın Qafqaz rəqsləri axşamına dəvət edirik. Tədbir YARAT Freestyle proqramı çərçivəsində Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunur.

“Suvar” folklor kollektivi (“suvar” ləzgi dilində “bayram” deməkdir), 1996-cı ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-jurnalist Sədaqət Kərimovanın təşəbbüsü ilə və “Samur” Ləzgi mədəniyyət mərkəzi ictimai birliyinin dəstəyi ilə təşkil edilib. Həmin vaxtdan bəri, bu kollektiv Azərbaycan və Dağıstan sakinlərinin böyük sevgisini fəth edib.
2011-ci ildə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ansambla “Xalq kollektivi” fəxri adı verilib. Həmin il, ansambl Ankarada keçirilən beynəlxalq festivalda Azərbaycanı ləyaqətlə təmsil etmişdir.

Tarix: 15 dekabr, 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Bayıl qəsəbəsi, Dövlət Bayraq Meydanının yaxınlığı)
Giriş üçün (012) 505 1414 nömrəsi ilə İLKİN QEYDİYYATDAN keçmək lazımdır.

Rəylər

rəy(lər)