26 Oktyabr 15:17

Swedish film at the European Film Festival

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, İttifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri və “Park Cinema” şəbəkəsinin birgə təşkil etdiyi VII Avropa Film Festivalı 3 noyabr 2016-cı il tarixində start götürəcək və noyabrın 12-ə kimi davam edəcəkdir.

İsveçin builki festivala töhvəsi İsvəçdə yaradılmış tarixdə ilk Somali milli xokkey klubu və onun Sibirdə keçirilən Dünya Çempionatında iştirakından bəhs edən “Trevligt folk” (Yaxşı İnsanlar) adlı sənədli komdediya filmidir. Film idmanın müxtəlif insanları necə bir araya gətirməsindən bəhs edir. Filmin ingilis dilində treylerini aşağıdakı linkdən izləyə bilərsiniz.

Film 5 noyabr, saat 16:30-da “Flame Towers”-də (Alov qüllələri) yerləşən Park Cinema İMAX kinoteatrının 3 nömrəli zalında rus dilində altyazı ilə birlikdə isveç dilində nümayiş olunacaqdır. Giriş pulsuz olsa da, siz noyabrın 5-də səhər saat 10:00-dan etibarən kinoteatrın kassasından (Park Cinema – Alov qüllələri) ödənişsiz bilet əldə etməlisiniz (yerlər məhdud olacaq, tələsin).

Bəyən və paylaş

Rəylər

rəy(lər)