“Təhlükəni dəyərləndir,sağlamlığını qoru!”

Təhlükəsiz və sağlam yaşamaq istəyirsiniz?

Yaxınlarınızı, ailə üzvlərinizi, özünüzü baş verə biləcək xətalardan necə qorumağı bilmirsiniz?
Elə isə 23.01.2016 tarixində keçiriləcək “Təhlükəni dəyərləndir, sağlamlığını qoru!” təlimində iştirak edin!

Əziz gənclər,
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Təhlükəni dəyərləndir, sağlamlığını qoru!” layihəsinə start verilir.

Layihənin keçirilməsində məqsəd – gənclərdə təhlükəsizlik mədəniyyəti formalaşdırmaq,qarşılaşa biləcək riskləri düzgün dəyərləndirərək təhlükəsizlik qaydalarını öyrətməkdir.

Layihə çərçivəsində “Təhlükə nədir?”, “Risk nədir?” adları altında gənclərə müxtəlif istiqamətlərdə texniki təhlükəsizlik təlimləri keçiriləcək, işdə, evdə, yolda və s. yerlərdə olarkən qarşılaşacaqları mümkün təhlükələr zamanı özlərini itirmədən vəziyyətdən çıxış yolları tapmaq imkanları öyrədiləcək, təhlükəsizlik qaydaları və onlara riayət olunmasının vacibliyi haqqında müfəssəl məlumatlar veriləcəkdir.

Layihə təlim formatında 3 mərhələdə həyata keçiriləcək.

Qeyd: Təlimlər ödənişsizdir, iştirakçılar sertifkartlarla təmin olunacaqlar.

Son müraciət tarixi:
21.01.2013 saat:18:00

Təlimdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçin:
Qeydiyyat

Əlavə məlumat üçün:
Layihə rəhbəri: Aynur Aslanova

Əlaqə nömrəsi: 055 831 79 26

youthfoundation.az

Bir cavab yazın

Back to top button