2 Fevral 07:22

Təhlükəsiz və sağlam yaşamaq istəyirsiniz?

Təhlükəsiz və sağlam yaşamaq istəyirsiniz?
Yaxınlarınızı, ailə üzvlərinizi, özünüzü baş verə biləcək xətalardan necə qorumağı bilmirsiniz?
Elə isə 06.02.2016 tarixində saat 14:30-da keçiriləcək “Təhlükəni dəyərləndir, sağlamlığını qoru!” layihəsinin yekun mərhələsində iştirak edin!

Əziz gənclər,
Sizi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Təhlükəni dəyərləndir, sağlamlığını qoru!” layihəsinin yekun mərhələsinə dəvət edirik.
Layihənin keçirilməsində məqsəd – gənclərdə təhlükəsizlik mədəniyyəti formalaşdırmaq,qarşılaşa biləcək riskləri düzgün dəyərləndirərək təhlükəsizlik qaydalarını öyrətməkdir.
Layihə çərçivəsində “Təhlükə nədir?”, “Risk nədir?” adları altında gənclərə müxtəlif istiqamətlərdə texniki təhlükəsizlik təlimləri keçiriləcək, işdə, evdə, yolda və s. yerlərdə olarkən qarşılaşacaqları mümkün təhlükələr zamanı özlərini itirmədən vəziyyətdən çıxış yolları tapmaq imkanları öyrədiləcək, təhlükəsizlik qaydaları və onlara riayət olunmasının vacibliyi haqqında müfəssəl məlumatlar veriləcəkdir.
Layihə təlim formatında 3 mərhələdə həyata keçiriləcək.
Qeyd: Təlimlər ödənişsizdir, iştirakçılar sertifkartlarla təmin olunacaqlar.
Son müraciət tarixi:
05.02.2016 saat: 15:00
Təlimdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçin:http://goo.gl/forms/mwIslvvKFw
Əlavə məlumat üçün:
Layihə rəhbəri: Aynur Aslanova
Əlaqə nömrəsi: 055 831 79 26

Bəyən və paylaş