15 Noyabr 20:43

Təhsil Nazirliyi qeyri-hökümət təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbulunu elan edir

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını və “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyri-hökümət təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbulunu elan edir
Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili
Beynəlxalq təhsil modelləri əsasında orta ümumtəhsil məktəblərində qeyri-formal təhsilin təşkili

Layihə təklifləri 19 noyabr 2015-ci ilədək Nazirliyə çap və ya elektron poçt ([email protected]) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar layihə və büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti
Təşkilatın Nizamnaməsinin surəti
Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti
Təşkilatın VÖEN-in surəti
Təşkilat haqqında məlumat
Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)

Bəyən və paylaş

Rəylər

rəy(lər)