6 Mart 16:20

Təhsil Siyasəti və Tədqiqatı Forumu

ADA Universitetinin Təhsilin idarə edilməsi fakültəsi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi Təhsil Nazirliyi və British American Tobacco’nun dəstəyi ilə sizi Təhsil Siyasəti və Tədqiqatı Forumuna dəvət edir.

Forumun əsas məqsədi elmi tədqiqatçıları və təhsil siyasəti ilə məşğul olan mütəxəssisləri vahid məkana toplamaqla Azərbaycanın mövcud təhsil problemlərinin açıq müzakirəsinə təkan vermək, mümkün həll yolları irəli sürmək və Azərbaycan Respublikası Təhsil Nazirliyinə tədqiqata əsaslanan təhsil islahatları təklif etmək.
“Yerli və Beynəlxalq Təhsil Təcrübələrinin Yaxınlaşması” mövzusu yerli təhsil problemlərinin və təcrübənin beynəlxalq perspektivlər çərçivəsində müzakirə etmək üçün vahid platformanın təmin edilməsini ehtiva edir.

Forum iki hissədən ibarətdir:

1. Azərbaycan təhsil sisteminin aktual problemlərinin mütəxəssislər və elmi tədqiqatçılar tərəfindən müzakirəsi;

2. Elmi tədqiqat işlərinin təqdimatı.

Bu Forum təhsil sahəsində fəaliyyət gostərən və ya bu sahəyə maraq gostərən şəxslər üçün tədbirdəki müzakirələrdə və təqdimatlarda iştirak etmək imkanını yaradaraq əvəzolunmaz təcrübəyə çevriləcək.

Ən yaxşı ilk üç tədqiqat müəllifləri pul mükafatı ilə təltif olunacaq və öz işlərini ADA Universitetində yerləşən araşdırma mərkəzinin onlayn jurnalında nəşr etdirmək şansı əldə edəcəklər.

Tarix: 18 mart, 2016, 10:00 – 17:15

Məkan: ADA Universiteti

Qeydiyyatdan keçmək üçün aşağıdakı anketi doldurmanız xahiş olunur.

Qeydiyyat üçün son tarix: 15 mart, 2016

Əlaqə: [email protected]

Qeydiyyat

Bəyən və paylaş