17 Aprel 20:15

“Təhsil üçün əl-ələ” layihəsi

Azərbaycan Britaniya Məzunları Birliyi “Təhsil üçün əl-ələ” layihəsini elan edir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçiriləcək olan layihə çərçivəsində seçilmiş kənd məktəblərinin 9-10-cu sinif şagirdləri ilə görüşlər, 30 şagird üçün yay düşərgəsi, məzunlarla görüş nəzərdə tutulur.

Layihənin əsas məqsədi:

  • Region gənclərin ictimai fəaliyyətinin, vətənpərvərliklərinin artırılması istiqamətində onları  ölkəmiz üçün prioritet olan sahələrdə ali təhsilə həvəsləndirmək
  • 9-10-cu sinif şagirdləri arasında təhsilini davam etdirən şagirdlərin sayında artıma nail olmaq
  • Kənd orta məktəblərindən universitetlərə qəbul imtahanlarında iştirak edən şagirdlərin sayında gender balansının artırılmasına töfhə vermək
  • Britaniyada təhsil almış məzunlarımızın rəsmi işləri ilə yanaşı öz vaxtlarından ictimai faydalı işlər üçün ayırmalarını təmin etmək

 

Ziyarət ediləcək məktəblər:

Məktəblər TQDK-nın  2014-2015-ci tədris ilinin buraxılış və qəbul imtahanlarının nəticələri ilə bağlı hesabatı na əsasən orta statistik qəbul balı  195-240, oğlan qız abiturientlərin nisbi sayı  65 % -dən böyük olan bölgələrdən olmaqla, 10 rayonumuzdan 10 kənd orta məktəbini əhatə edir:

 

Rayon                                     Məktəblər                            Gediş- Dönüş         
ZaqatalaTala kənd 1 və 5 saylı orta məktəblər07.05.2016 – 08.05.2016
BalakənKatex kənd 1 saylı tam orta məktəb07.05.2016 – 08.05.2016
ŞamaxıQurdtəpə kənd orta məktəbi14.05.2016 – 14.05.2016
GədəbəyŞəkərbəy kənd orta məktəbi21.05.2016 – 21.05.2016
YardımlıŞıxlar kənd orta məktəbi28.05.2016 – 29.05.2016
LerikMurya kənd orta məktəbi28.05.2016 – 29.05.2016
SalyanDaykənd orta məktəbi28.05.2016 – 29.05.2016
SiyəzənE.Rəhimov adına Sədan kəndi04.06.2016 – 04.06.2016
AğdamQuzanlı tam kənd orta məktəbi11.06.2016 – 12.06.2016
BərdəXəsilli kənd orta məktəbi11.06.2016 – 12.06.2016

Məktəblilərlə görüşlərin mövzusu:

Məktəblərə ziyarətə gedəcək komanda tərkibində olacaq məzunlar məktəblilərlə təhsilin önəmi, öz uğur hekayələri, seçiləbiləcək spesifik ixtisaslar, bakalavr təhsili boyu vaxtın səmərəli istifadəsi, xaricdə təhsili davam etdirməyi planlaşdırma, təqaüd imkanları ilə bağlı söhbət edəcək,   layihə çərçivəsində dəvət olunacaqları yay düşərgəsi və seçim prosesi barədə məlumat verəcəklər.

SİZ DƏ BU LAYİHƏNİN İŞTİRAKÇISI OLMAQLA  ÖZ TÖFHƏNİZİ VERƏ BİLƏRSİNİZ.

Xatırladaq ki, rayonlara səfərlər zamanı iştirakçıların bütün xərcləri (2 günlük səfərlərdə həmçinin gecələmə xərcləri) AUKAA tərəfindən ödəniləcəkdir.

Qeydiyyat

Bəyən və paylaş