Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Ucar rayonunda vətəndaşları qəbul edəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 20 noyabr saat 11:00-da Ucar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək .
Qəbulda Ucar, Kürdəmir, Ağsu, Göyçay rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Göyçay regional bölməsinə (Ünvan: Göyçay şəhəri, Rauf İsayev küçəsi,43 Tel: (020) 274-66-74 ) müraciət etməlidirlər.
Bundan əlavə, qəbulda iştirak etmək istəyən vətəndaşlar Ucar, Kürdəmir və Ağsu rayon Təhsil Şöbələrinə 10 -19 noyabr 2015-ci il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) qeydiyyat üçün müraciət edə bilərlər.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.