14 Dekabr 17:52

Tələbələr üçün məhkəmə müsabiqəsi (Moot Court Competition)

Tələbələr üçün məhkəmə müsabiqəsi (Moot Court Competition)

Hüquq tələbəsi olan dost, qohum və yoldaşlarınızla bu məlumatı paylaşın!

Maraqlı təlim, maraqlı müsabiqə, maraqlı keys təşkil etməyə əlimizdən gələni edəcik!

Azərbaycanda təhsil alan bütün hüquq tələbələrinin nəzərinə!

Azərbaycanda sırf hüquqi arqumentə və milli hüquqa əsaslanan ilk məhkəmə müsabiqəsinə (Moot Court Competition) qeydiyyatın başlamasından öncə müsabiqə təşkilatçısı BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC) Sizə bu sahədə təcrübəsi olan peşəkar hüquqşünasların Təlimində iştirak şansı yaradır.

Əgər siz də Azərbaycanda həyata keçirilən bu ilkə bizimlə birgə addım atmaq istəyirsinizsə Təlimə dəvətlisiniz! Müsabiqədə də, təlimdə də Azərbaycanda təhsil alan bütün hüquq tələbələri iştirak edə bilərlər. Müsabiqəyə qeydiyyatının başlanması, Qaydaların, Müsabiqə cədvəlinin və Müsabiqə işinin yayımlanması da yaxın zamanda baş tutacaqdır.

Təlimin keçirilmə zamanı və yeri:
19 dekabr, saat 12:00;
Bakı Dövlət Universiteti, 1 saylı tədris binası, 900 saylı auditoriya.

Təlimçilər:
Altay Mustafayev
Baker&McKenzie Bakı ofisində partnyor, bank, maliyyə, korporativ, vergi hüquqları üzrə mütəxəssis, BDU, Washington Law School məzunu, Nyu-York Vəkillər Kollegiyasının üzvü.
O, təlimdə müsabiqə briflərinin yazılması barədə təlim iştirakçılarına məlumat verəcək.

Emin Kərimov
Kapital Bankın Hüquq departamentinin direktoru, ARPDİA, University of Minnesota Law School məzunu, Azərbaycan Korporativ (Şirkətlər) Hüququ kitabının müəllifi, Bakı Hüquq Jurnalının Baş redaktoru.
O, təlimdə müsabiqənin şifahi çəkişmələri ilə bağlı təlim iştirakçılarına məlumat verəcək.

Hər iki təlimçinin bu tipli məhkəmə müsabiqələrində təcrübələri var və onlar eyni zamanda müsabiqə hakimləridirlər. Digər bir hakim Rəşad İbadovdur.

Təlimdə iştirak üçün qeydiyyat vacibdir. Qeydiyyat linki:http://moot.bsulawss.org/training/

Bəyən və paylaş

Rəylər

rəy(lər)