10 Mart 05:09

Tələbələr üçün təcrübə qazanmaq imkanı

WeebGeek, tələbələr üçün təcrübə qazanmaq imkanı yaradır. Təcrübə proqramına qatılmaqla siz, iş təcrübəsi qazanmış olacaqsınız. Təcrübə müddəti 6 aydır. 6 aylıq təcrübə müddətini uğurla başa vuran tələbələrə, sertifikat, tövsiyyə məktubu və linkedin.com biznes şəbəkəsində tövsiyyə şərhi yazılacaq (istəyə görə).

 
6 ay ərzində əldə edəcəkləriniz:

  • Yazı yazma bacarıqlarınızın inkişafı
  • Ayda bir dəfə mütəxəssis tərəfindən, yazılarınızın dəyərləndirilməsi və istiqamətlərin verilməsi
  • WeebGeek Academy’nin istənilən ödənişli və ödənişsiz təlim, seminar və vebinarlarında iştirak
  • Sertifikat
  • Tövsiyyə məktubu
  • Linkedin tövsiyyə (linkedin.com)

 

 

Namizədlərə tələblər:

  • 18-29 yaş arası gənclər (xüsusən tələbələr)
  • Jurnalistika sahəsində təhsil alan və ya bu sahəyə maraqlı olan
  • Komputer bacarıqlarının olması
  • İnternet, sosial media və texnologiya sahəsini izləyən

 

 

İş prinsipi:

  • #MobilOfis – seçilmiş namizədlər distans şəkildə çalışacaqlar
  • Seçilmiş namizədlərə hesab açılacaq və yazıları öz hesablarından yerləşdirəcəklər

 

 

Maraqlananların CV-lərini [email protected] mail ünvanında gözləyirik. Ən qısa zamanda cavablandırılacaq. Qeyd edək ki, intervyu online şəkildə götürüləcək. Bununla əlaqədar olaraq, məktubunuza skype ID və ya google hangout hesabınızı əlavə etməyi unutmayın.

Bəyən və paylaş

Rəylər

rəy(lər)