Tələbələrlə turizm sənayesindəki rəhbərlərin seminarı

On illik fəaliyyət tarixində universitet tələbələrinin böyük əksəriyyətinin müəssisələrdə çalışarkən təcrübəsizliyi, təcrübə zamanı rastlaşdıqları çətinliklər, onların təcrübəyə başlarkən ən aşağı pillədə çalışmaqları və digər bu kimi bir çox məsələlər tələbələrdə ruh düşkünlyü yaratmış olur. Bunun nəticəsində tələbələr təhsilə həvəssiz yanaşır və təhsilini başa vurduqdan sonra tələbələrin bir çoxu turizm sektoruna biganə yanaşaraq digər sahələrdə fəaliyyət göstərirlər. Bu isə dövlətin və universitetin turizmin inkişafına çəkdiyi əziyyətin, ayırdığı büdcənin və müəllimlərin zəhmətinin hədər olmasına səbəb olur.
Yuxarıda sadalanan problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və Restoran Biznesi kafedrasının və SKAL Baku Professionals təşkilatının dəstəyi ilə universitet tələbələri üçün turizm müəssisələrində rəhbər vəzifələrdə işləyən, çoxillik iş təcrübəsi olan şəxslər seminarlar keçiriləcəkdir.
Seminarların keçirilməsində məqsəd turizm sahəsində təhsil alan tələbələrdə təhsilə böyük həvəs yaratmaq, öz gələcək karyera istiqamətlərini müəyyən etməkdə kömək etmək, turizmin inkişafına öz dəstək və töhvələrini vermələri üçün onlarda stimul yaratmaq, yaradıcı layihələrin müəllifi olmaq, dövlətin turizm sahəsindəki siyasətində yaxından iştirak etmək və dəvət olunan şəxslərin öz şəxsi iş təcrübələrini, idarəetmə prinsiplərini, hazırda tutduqları mövqeyə çatmaq üçün keçdikləri karyera tarixi haqqında, iş zamanı rastlaşdıqları çətinliklər (işçilər arası, müştəri ilə və s.) və onları həll etmək üsulu, müəssisənin satışını artırmaq üçün şəxsi təşəbbüsləri, yaradıcı fikirləri, qrupda işləmək bacarıqları və komanda ruhu yaratmaq üçün şəxsi təşəbbüsləri və s. haqqında bilik və bacarıqlarını tələbələrlə paylaşmaqdır. Seminarın sonunda tələbələr dəvət olunmuş şəxsə öz suallarını verərək onları maraqlandıran sualları cavablandırmış olacaqlar.
Seminarımızın ilk qonağı “Millenium Turizm, Konqress DMC” şirkətinin rəhbəri Ruslan Quliyev olacaqdır.
Seminar 12 dekabr 2015 – ci il saat 13 : 00 da Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunacaqdır.

Bir cavab yazın

Back to top button
Close