18 Noyabr 06:54

“Tələbə,Rezident və Gənc həkimlərin Forumu“ keçiriləcək

21-24 Aprel 2016-cı il tarixlərində baştutacaq 2. Azərbaycan-Alman-Türk Tibb Konqresi çərçivəsində elmi çıxışlar,elmi müzakirələr və treninqlərdən əlavə „Tələbə,Rezident və Gənc həkimlərin Forumu“ keçiriləcək.
Burada elmi mövzuda çıxış etmək istəyən bütün tələbə,rezident və gənc həkimlərimizi həmin foruma dəvət edirik.
Müraciətlərdən müsabiqə nəticəsində 6 nəfər seçilərək forumda çıxış etmək hüququ qazanacaq. Həmin namizədlər elmi məsləhətçilərin köməyi ilə hazırlanaraq münsiflər heyyəti və konqres iştirakçilari qarşısında öz təqdimatlarını edəcəklər.

Münsiflər heyyətinin qərarı ilə 2-ci və 3-cü yerlərin sahiblərinə xüsusi mükafat veriləcək, 1-ci yerin qalibi Almaniyada 1 ayliq tibbi praktika keçmək imkanı qazanacaq.
— Təqdimat Power Point prezentasiya formatında ingilis dilində olmalıdır
— Mövzülar konqresin elmi mövzularina uyğun olaraq ümumi cərrahiyyə,
radiologiya, gastroenterologiya, onkologiya və endoskopiya sahələrinə aid olmalıdır
— Hər çıxış üçün 15 dəqiqə vaxt veriləcəkdir
Öz tibbi və dil biliyinə güvənən tələbə,rezident və gənc həkimlərimizi bu
foruma qatılmağa dəvət edirik.Foruma qatilmaq üçün aşagidakı linkə daxil olub qeydiyyatdan keçdikdən sonra prezentasiyalarinizi [email protected] e-mail ünvanina göndərə bilərsininiz.
Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)