2 Sentyabr 21:42

Təmizlik aksiyası keçiriləcək

Hörmətli, təbiətsevərlər!

Bildiyiniz kimi, IDEA İctimai Birliyi hər il çimərlik mövsümündən əvvəl və sonra Bakının sahilyanı ərazilərindən birində təmizlik aksiyası həyata keçirir. Ənənəmizə sadiq qalaraq, bu il də “Təmiz Şəhər” ASC ilə birgə növbəti təmizlik aksiyasının keçirilməsini elan edirik.

Aksiya 17 sentyabr 2016-cı il tarixində baş tutacaqdır.

Qeyd edək ki, iştirakçılar bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz olunacaqlar. Aksiyada iştirak etmək istəyən şəxslərdən öz ad və soyadını, eləcə də əlaqə nömrəsini 15 sentyabr tarixindən gec olmayaraq “təmizlik aksiyası” başlığı altında [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Çimərliklərdə yay mövsümü boyunca keçirdiyimiz əyləncəli vaxta görə təbiətə minnətdarlıq bildirməyimizin vaxtıdır. Qeydiyyatdan keçməyə tələsin.

Aksiya zamanı iştirakçılar nəqliyyat və qida ilə təmin olunacaqlar.

Əlavə məlumat üçün: +994 12 4976316.

Bəyən və paylaş

Rəylər

rəy(lər)