27 Oktyabr 09:23

“Təqdimat bacarıqları” Seminarı

Fərqli kütlələrin qarşısında çıxış edəcəksiniz, biznes və ideyalarınızı iş adamlarına təqdim edəcəksiniz, lakin buna necə hazırlaşmalı olduğunuzu bilmirsiniz? O zaman bu seminarımız tam sizin üçündür! 🙂

“Təqdimat bacarıqları” mövzusunda seminarımız 29 oktyabr 13:30-da Baku American Center-də təlimçi Coşqun Kərimov tərəfindən keçiriləcək.

Coşqun Kərimov – Qafqaz Universiteti İngilis dili və ədəbiyyatı bölməsinin məzunudur.

– Müştəri xidmətləri, satış və təqdimat bacarıqları üzrə (7+) illik təlimçilik təcrübəsi var.
– Dünyanın top 5 təlimçisindən biri olan BrianTracey-dən (satış, natiqlik və vaxtın idarə edilməsiylə bağlı) master klass almışdır.
– Azercell MMC-də təlimçi mütəxəssis olmuşdur.
– VitalCV və Manads lahiyələrinin həm-təsisçisi olmuşdur

Seminar ödənişsizdir. İştirak etmək istəyən gənclər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər:

http://goo.gl/forms/Ub6TyJVZEq

Bəyən və paylaş

Rəylər

rəy(lər)