Tacikistanın Təhsil və Elm Nazirliyi Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir

Tacikistanın Təhsil və Elm Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.

Bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilən təqaüd proqramı çərçivəsində tədris rus dilindədir.

Təqaüd proqramına müraciət etmək istəyən iddiaçılar Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Son müraciət tarixi 31 may 2020-ci ildir.

Təqaüd proqramı ilə bağlı digər məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.

Bir cavab yazın

Back to top button