Tam praktiki “İnsan Resursları Əmək Məcəlləsində” Təlim proqramı

Tam praktiki “İnsan Resursları Əmək Məcəlləsində” Təlim proqramına qeydiyyat start verdi

İnsan resursları və Əmək Məcəlləsi kursunu bitirməklə siz Azərbaycan Respublikasının Əmək qanunvericiliyi sistemini, o cümlədən əmək məsələləri ilə əlaqədar müvafiq qanunları və normativ hüquqi aktları mənimsəyəcəksiniz. Bununla yanaşı, insan resursları və Əmək Məcəlləsinin sıx nəzəri əlaqələri, habelə təcrübədə tətbiqi qaydalarını öyrənəcəksiniz. Bütün bu bilgilər sizin insan resursları sahəsində bir mütəxəssis olaraq daha peşəkar formada inkişafınıza öz təsirini göstərəcəkdir.

Təlimlər Azərbaycan dilində olacaq.
18 Professional Dərs, 30 Saatlıq Möhtəşəm Program
Təlimdə yalnız 10 nəfər iştirak edə bilər. (Yerlər limitlidir)
Təlim Proqramı sırf şirkətlərə lazım olan qanunların tətbiqi öyrənilməsi üçün hazırlanıb.

“İnsan Resursları Əmək Məcəlləsində” Təlim proqramına daxildir:

Modul 1

Əmək məcəlləsi üzrə əsas müddəalar.

Əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları.

Əmək müqavələsinin tərəflərinin əsas hüquqları,vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi.

Əmək müqaviləsinin bağlanması əsasları və qaydası.

Sınaq müddəti

Əmək şəraiti,əmək funksiyası,əvzçilik,başqa işə keçmə və işçinin işdən kənar edilməsi.

Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları,xitam verilərkən təminatlar.

Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi,xitamın sənədləşdirilməsi.

İş vaxtının növləri və tənzimlənməsi qaydaları.

Modul 2

İş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi.

İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları.

Əmək məzuniyyətinin müddətləri və növləri.

Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları və əmək müqaviləsinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi.

Əmək normaları,əməyin ödənilməsi normaları, əmək haqqı ödənilməsi formaları və tutulmalar.

Əmək və icra intizamı,intizam məsuliyyəti və tətbiqi.

İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti, tərəflərin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyət və həlli qaydaları.

Əmək mübahisələri.

İşçilərin sosial sığortası.

Nazirlər kabinetinin müvafiq qərarları.

🌐İnsturctor: Vasif Ağayev

Vasif Ağayev Ramiz oğlu 2006 cı ildı Odlar Yurdu Universitetinin Hüquq fakultəsini bitirdikdən sonra 4 il hüquqşünas kimi fəaliyyət göstərib.Bir neçə müəssisədə müşavir kimi çalışan Vasif bəyi Azərbaycan Respublikası Əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları və şərhi adlı təlimi uğurla tədris etdiyi üçün Azərbaycan Respublikası Təhsil Cəmiyyəti diplomla təltif etmişdir. 2014-cü ildən etibarən də Socar Birgə Müəssisə Heavy Crane FZE şirkətinin Azərbaycan Respublikasındakı filialında İnsan resursları üzrə mütəxəssis olaraq fəaliyyət göstərir.Bununla yanaşı 6 ildir HR sahəsində çalışaraq bir çox şirkətlərdə “Əmək Qanunvericiliyi” və “İnsan Resursları” təlimləri keçir.

 

“İnsan Resursları Əmək Məcəlləsində” Proqramına daxildir:

18 dərs 30 saatlıq İntensiv təlim proqramı
Təlim Materialları, resurslar
Rəsmilərlə şam yeməyi/ Networking Event
Təlimin sonunda Seritifikat mərasimi keçiriləcək sertifikatlar iştirakçılara təqdim olunacaq.

Hər şey daxil “İnsan Resursları Əmək Məcəlləndə” təlim proqramının 1 modul ödənişi sadəcə 140 Azn təşkil edir. Ödənişlər hissə-hissə tamamlanır. Yerinizi rezerv etmək üçün 30 Azn ilkin ödəniş edə bilərsiniz.

Qeyd: Sadəcə 10 nəfər iştirak edə bilər. Yerlərinizi rezerv üçün qeydiyyat edin. Təlim 2 ay davam edəcək.

Qeydiyyat linki:https://bit.ly/2ZAeAmJ

Bir cavab yazın

Back to top button