Tanpınarın Azərbaycan dilinə tərcümə olunmuş kitabları paylanılacaq
22 oktyabr saat 14:00-da Bakıdakı “Akademkitab” kitab evində Türkiyənin tanınmış yazıçısı Ahmed Hamdi Tanpınara həsr olunmuş tədbir keçiriləcək.
“Tanpınar günü” adı altında təşkil olunacaq tədbirdə tanınmış ziyalılar, kitab həvəskarları və mediya nümayəndələri iştirak edəcək.
Tədbirdə Tanpınar haqda geniş ədəbi söhbət və fikir mübadiləsi aparılacaq, həmçinin onun yaradıcılığı haqda institut tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsi haqqında geniş məlumat veriləcək.
Tədbirin sonunda iştirakçılara Tanpınarın Azərbaycan dilinə tərcümə olunmuş kitabları paylanılacaq.
Ədəbiyyatla maraqlanan hər kəs tədbirə dəvətlidir.
Ünvan: “Akademkitab” kitab evi, Metronun “Elmlər akademiyası” stansiyasının yeni çıxışı (Bakı Dövlət Universitetinin yaxınlığı).