24 May 18:27

“Tarixə Səyahət” adlı muzey kinoklubunda növbəti filmin nümayişi

26 may 2017-ci il tarixində saat 14:00-da Milli Azərbaycan Tarixi Muzeyində “Tarixə səyahət” adlı kinoklubda “Mücadilə” adlı iki hissəli sənədli filmin birinci hissəsinin – “İstiqlalın beşiyi” nümayişi olacaq. Nümayiş olunacaq sənədli filmin ssenari müəllifi və quruluşçu rejissoru Nazim Rza İsrafiloğlu, filmin elmi məsləhətçisi t.ü.e.d. Elmira Muradəliyevadır.

Sənədli film müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasın.

Tədbirin təşkilatçısı Milli Azərbaycan Tarixi Muzeyi Xarici əlaqələr və elmi kütləvi iş şöbəsi.

Tədbirin proqramı

 Sənədli filmin nümayişi (60 dəq.)

Çıxışlar:

  1. Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı
  2. Kinorejissor, kinodramaturq, yazıçı-publisist, müstəqil araşdırmacı Nazim Rza İsrafiloğlu
  3. Tarix üzrə elmlər doktoru, professor Elmira Muradəliyeva

Ünvan:  Bakı şəhəri, H.Z. Tağıyev küç., 4, Milli Azərbaycan Tarixi Muzeyinin binası, Konfrans zalı

Bəyən və paylaş

Rəylər

rəy(lər)