“Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsinə start verilib

“Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsinə start verilib


Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 20 avqust – 6 noyabr 2021-ci il tarixlərini əhatə edən “Tarixi qələbə” adlı onlayn respublika rəsm müsabiqəsinə start verilib.

 

advertisement  

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin məqsədlərindən biri uşaq və gənclərə vətənpərvərlik hisslərini aşılamaq, istedadlı uşaqların bilik və bacarıqlarını inkişaf etdirmək, asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.

 
advertisement
 

Müsabiqə 3 yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-18 yaş) olmaqla 2 mərhələdə keçirilir:

advertisement  

I mərhələ - 20 avqust - 20 oktyabr 2021-ci il tarixlərini əhatə edir. Bu mərhələdə hər yaş qrupu üzrə seçilmiş namizəd 1 ədəd rəsm işini 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin e-mail ünvanına ([email protected]) göndərməlidir;

 
advertisement
II mərhələ - 21 oktyabr – 6 noyabr 2021- ci il tarixlərini əhatə edir. Bu mərhələnin qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilir.

 

advertisement  

Müsabiqə üzrə şərtlər aşağıdakılardır:

 
advertisement
- Rəsmlər A3 və ya A4 formatda işlənməlidir;

- İşlənmə texnikası sərbəstdir;

advertisement - Rəsmlərin aşağı sağ küncündə rəsmin adı, dərnək üzvünün adı, soyadı, yaşı və mərkəzin adı qeyd olunmuş etiket vurulmalıdır.

 

Müsabiqə ilə bağlı yaranan suallar aşağıda qeyd olunan nömrələr vasitəsilə cavablandırılacaq:
advertisement
(+994) 55-994-57-86

(+994) 12-372-72-63

advertisement  

Müsabiqənin qalibləri və fəal iştirakçıları 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplom və sertifikatları ilə təltif olunacaq.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az