30 Oktyabr 20:21

“Tarixin etüdləri” adlı rəsm sərgisi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində 10 noyabr 2015-ci il saat 12:00-da “Tarixin etüdləri” adlı rəsm sərgisi keçirilir.
Sərgi təşkili Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Sabir Hüseynovun əsərlərindən ibarətdir.
Sabir Hüseynov 1956-cı ildə Qərbi Azərbaycanın Uluxanlı mahalında anadan olmuşdur. 1980-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmişdir. Rəssamlıq təhsilini davam etdirmək üçün Tibilisi Rəssamlıq Akademiyasının rəngkarlıq və rəngkarlığın bərpası bölümünə daxil olmuş və 1988-ci ildə həmin təhsil müəssisəsini uğurla bitirmişdir.

Yaradıcılıq fəaliyyətinə Bakıda başlayan rəssam 1993-cü ildə ilk fərdi sərgisini açır. Rəssamın 1994-cü ildə Yunanıstanın Afina şəhərində, 1996-cı ildə Rusiyada və Almaniyada fərdi sərgiləri açılmışdır. Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilən sərgilərdə iştirak etmişdir.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvi olan rəssamın əsərləri bir sıra ölkələrdə şəxsi kolleksiyalarda saxlanılmaqdadır.
Sərgidə rəssamın “İrəvan şəhərinin görünüşü”, “Anamın portreti”, “Neftçilər”, “Abşeron”, “Xocalı faciəsi”, “Uluxanlı” və s. əsərləri nümayiş olunur.
Nümayiş olunan əsərlər sırasında mənzərə, natürmort, kompozisiya, portret janrı yer alır.
“Tarixin etüdləri” sərginin rəsmi açılış mərasimi 10 noyabr 2015-ci il tarixində saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçirilir.
Sərgi bir həftə davam edəcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)