“Tarixin Sirləri” məntiqi intellektual komanda oyunu

Sizi sirlər və macəralarla dolu “Code Tusi” dünyasında salamlayırıq!

800 il bundan öncə tarixin ən sirli insanlarından biri dünyaya gəldi. Onun yaratdıqları əsərlər sirlərlə doludur. Bu sirləri açmaq isə hər kəsə nəsib olmur…
Lakin sirləri açmağa sizə “Code Tusi” kömək edəcəkdir.

10 illik təcrübəyə malik “Code Tusi” məntiqi intellektual komanda oyunudur. Bu aləmə səyahətin əsas mahiyyəti kodlaşdırılmış açarların tapılmasıdır. Məntiq və diqqət tələb edən, emosiya dolu oyunun baş qəhrəmanı məhz sizin komandanız ola bilər!

“Tarixin sirlərini” açmaq üçün səhayət edəcəyimiz məkan Milli Azərbaycan Tarixi Muzeyidir. Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş tədbir 12 noyabr 2016-ci il tarixində baş tutucaqdır.

Əsrləri aşıb, keçmişə qayıtmaq üçün bu dəfə “Sehirli xalat”a ehtiyac olmayacaq. Sadəcə oyunun təsvirilə tanış olun və 08.11.2016-cı il tarixinədək qeydiyyatdan keçin! İştirakçı olub, öz Universitetinizi təmsil etmək imkanı qazanın!

Oyunun təsviri:
Qeydiyyat:
Əlavə məlumat üçün: +994 77 421 11 14

Bir cavab yazın

Back to top button