"Tea Talks" - Elektron Hökumətin İnkişafı Mərkəzi

Gənclər Fondunun (@youthfundaz) dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirən “Elektron Hökumətin İnkişafı Mərkəzi”-nədir.
Müxtəlif universitetlərdən müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün Elektron Hökumətin İnkişafı Mərkəzinə Dekabr ayı ərzində karyera səfərləri təşkil olunacaqdır. Bu silsilədən ilk səfər Azərbaycan Texniki Universiteti Tələbələri üçün nəzərdə tutulmuşdur.
Səfər zamanı tələbələr qurumun rəhbər şəxsləri və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olacaq, öz suallarını birbaşa məsul şəxslərə ünvanlaya biləcəklər. Həmçinin, tələbələrə şirkətin əməkdaşları tərəfindən müvafiq sahə üzrə praktiki biliklərin aşılanması məqsədi ilə təqdimat həyata keçiriləcəkdir.
Qoşulmaq üçün nə tələb olunur?
Gələcək karyerasını sözügedən qurumda qurmaq istəyən, Kompüter elmləri, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə təhsil alan Azərbaycan Texniki Universitetinin 3 və ya 4-cü kurs tələbələri müraciət edə bilərlər.
Müraciət üçün link: https://forms.gle/uVkkbtnmAY5SbKBD6
Müraciət üçün son tarix: 28.11.2021
30 Noyabr
16:00
M. K. Atatürk prospekti 89

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az