“Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri dünyanın ən böyük peşəkar xidmətlər şəbəkələrindən biri və Big 4 audit şirkətlərindən olan KPMG-yədir.
Səfər zamanı tələbələr şirkətin rəhbərliyi və əməkdaşları ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar olacaq. Bununla yanaşı karyerasını audit üzrə qurmaq istəyən tələbələr öz suallarını birbaşa məsul şəxslərə ünvanlaya biləcəklər. Həmçinin, gənclərə şirkətin əməkdaşları tərəfindən müvafiq sahə üzrə praktiki biliklərin aşılanması məqsədi ilə təqdimat həyata keçiriləcəkdir.
Qoşulmaq üçün nə tələb olunur?
Gələcək karyerasını audit şirkətində qurmaq istəyən, Audit, Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi, Menecment və ya əlaqəli ixtisaslar üzrə təhsil alan 2 və ya 3-cü kurs tələbələri müraciət edə bilərlər.
Müraciət üçün link: https://forms.gle/MjaViheKU1zxJGS87
Müraciət üçün son tarix: 21.11.2021
23 Noyabr
16:00
KPMG- Neftçilər Prospekti 153, Port Baku, 12-ci mərtəbə

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az