“Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri “Elektron Hökumətin İnkişafı Mərkəzi”-nədir

Gənclər Fondunun (@youthfundaz) dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirən “Elektron Hökumətin İnkişafı Mərkəzi”-nədir.
Dekabr ayı ərzində təşkil olunan silsilə səfərlərin ikincisi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün nəzərdə tutulmuşdur.
Qoşulmaq üçün nə tələb olunur?
Gələcək karyerasını sözügedən qurumda qurmaq istəyən, Kompüter elmləri, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi və ya əlaqəli ixtisaslar üzrə təhsil alan 3 və ya 4-cü kurs tələbələri müraciət edə bilərlər.
Müraciət üçün link: https://forms.gle/WNXJeg4WLTgpsKVP9
Müraciət üçün son tarix: 08.12.2021
10 Dekabr
15:00
M. K. Atatürk prospekti 89

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az