Cümə axşamı, 21 Avqust, 2025

"Teatrda bir gün" adlı layihə baş tutacaq


  • Dərc edildi: 24 Mart, 2022 - 07:23
"Teatrda bir gün" adlı layihə baş tutacaq

"Teatrda bir gün" adlı layihə baş tutacaq
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 mart Beynəlxalq Teatr Günü münasibətilə teatrlarda açıq qapı günü keçiriləcək. "Teatrda bir gün" adlı layihə saat 11:00-dan başlayaraq 17:00-a qədər davam edəcək. Açıq qapı günü Akademik Milli Dram Teatrı, Akademik Opera və Balet Teatrı, Akademik Musiqili Teatr, Akademik Rus Dram Teatrı, Kukla Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrını əhatə edəcək. Layihə çərçivəsində tamaşaçılar xüsusi avtobuslar vasitəsilə teatrlara səfər edərək, indiyə qədər görə bilmədikləri səhnə arxası ilə tanış olacaq, könüllülərin köməyi ilə teatra daha yaxından bələd olacaq və günün sonunda tamaşa izləyə biləcəklər. Avtobuslar saat 11:00-dan 18:00-dək 28 May metrosu qarşısında duracaq və təyin olunmuş marşrut üzrə hərəkət edərək tamaşaçıları teatra pulsuz aparacaqlar. 19:00-da isə tamaşaçılar cədvəldə qeyd olunan tamaşaları pulsuz izləyə biləcəklər.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 188
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7126
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1850
Azərbaycan Texnologi...