TƏBƏSSÜM TƏLƏBƏ TƏQAÜDÜ!

TƏBƏSSÜM Xeyriyyə komandası ADNSU və BDU universitetlərinin SABAH qruplarında təhsil alan tələbələrə təqaüd almaq imkanı təklif edir. Təqaüd üçün müsabiqədə 3-cü və 4-cü kurs tələbələri iştirak edə bilərlər.
Qalib olan 2 tələbə (hər universitetdən bir tələbə seçiləcək) bir semestr ərzində aylıq 100 AZN təqaüd almaq imkanı qazanacaqdır.

Qeyd edək ki, seçilmiş tələbələr nəinki təqaüd, həmçinin SABAH məzun komandasının mentorluğunu qazanacaqdır.

Tələbələrin seçimi 2 mərhələdən ibarətdir:

* Ərizə qəbulu
* Müsahibə

Müsabiqənin 1-ci mərhələsində iştirak etmək üçün 30.09.2020-ci il tarixinədək
https://lnkd.in/eYEH4ec
keçidinə daxil olaraq sabah.edu.az emaili qeyd olunmaqla elektron ərizə doldurulmalıdır.

Bir cavab yazın

Back to top button