TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə koordinator vəzifəsi üzrə vakant yer elan edilir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin(TƏBİB)Tibbi fəaliyyətin təşkili departamentinin İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə koordinator vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri:
  • Cəmiyyətin və fərdlərin sağlamlığını qorumaq və sağlamlıq səviyyələrini artırmaq üçün səhiyyə müəssisələri ilə koordinasiyanı təmin etmək və lazım olduqda digər qurumlarla əməkdaşlıq etmək;
  • Strukturl qurumları arasında koordinasiyanı təmin etmək, planlaşdırma aparmaq, xidmətlər ilə bağlı əməkdaşlıq etmək, əlaqələndirmək;
  • Göstərilən xidmətlərin qanunvericilik və müqavilələrin müddəalarına uyğunluğu ilə bağlı tanışlıq və qiymətləndirmə işlərini aparmaq, tibbi xidmətin göstərilməsində yarana biləcək pozuntuları aşkarlamaq, nəticələrə əsasən tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirmək, ehtiyac olan hallarda müvafiq tədbirlər görülməsi üçün hesabatı rəhbərliyə təqdim etmək;
  • Digər müalicə-profilaktika müəssisələri ilə ilkin səhiyyə və ya TTTY müəssisələri arasında əhalinin müayinə və müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin etmək;
  • Digər müalicə-profilaktika müəssisələri arasında əhalinin müayinə və müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin etmək;
  • Şəxsi və sosial xidmətlər (körpə və uşaq sağlamlığı, hamilə və analıq təqibi, peyvənd, ailə planlaşdırılması və s.) üçün digər əlaqədar qurumlarla xidmət göstərilən müəssisələr arasında koordinasiyanı təmin etmək;
  • Şöbənin fəaliyyətini digər səhiyyə qurumları ilə əlaqələndirmək;
  • Milli və ya regional proqramları həyata keçirmək və icrasını təmin etmək;
  • Xidmətlə əlaqəli həftəlik, aylıq altı aylıq dövrlərdə (yanvar –iyun, iyul-dekabr) və illik fəaliyyət planlarını hazırlamaq, aidiyyəti təşkilatlarla razılaşdıraraq həyata keçirmək, nəticələri izləmək və qiymətləndirmək;
  • İlkin səhiyyə (və ya TTTY) xidməti göstərən müəssisələrdə xidmətlərin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsinə nəzarət etmək, ilkin səhiyyə (və ya TTTY) xidmətini bütövlükdə qiymətləndirmək;
  • Rəhbərlik tərəfindən verilən digər vəzifələri yerinə yetirmək və təlimata uyğun xidmətlər göstərmək.
Vəzifəyə dair tələblər:
  • Ali tibb təhsili – (Rezidentura və ya ali internatura təhsili üstünlükdür);
  • Tibb sahəsində həm klinik / diaqnostik, həm də idarəetmə təcrübəsi olmaqla ən az 5 ildən az olmayaraq ümumi əmək stajlı (Rezidentura təcrübəsi klinik təcrübə olaraq qəbul olunur) olmalıdır;
  • Səhiyyə xidmətinin proqrammatik təşkilində praktiki təcrübəli olmalıdır;
  • Beynəlxalq təcrübələrinin tətbiqində təşəbbüslü və praktikası olmalıdır;
  • Lazım gəldikdə ezamiyyələrə hazır olmalıdır;
  • Qanunvericilik bilikləri üzrə bilməlidir - Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktları, səhiyyənin təşkilinin nəzəri əsaslarını, səhiyyədə əməyin idarə edilməsi və təşkili sistemini, əhalinin sağlamlıq vəziyyətinin statistikasını və əhalinin sağlamlıq vəziyyətini xarakterizə edən meyar və göstəriciləri, etik davranış qaydalarının, tibbi etikanın əsaslarını, tibbi sığortanın əsaslarını;
  • Rus və ingilis dil biliyi üstünlükdür;
  • Kompyuter bilikləri – word – sərbəst, excell – orta səviyyə, powerpoint – orta səviyyə;
  • Tələb olunan sertifikatlar – tibb və idarəçilik üzrə arzuolunan;
  • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər - İşlərin sistem şəklində qurulmasında motivasiyalı, həm müstəqil həm də komanda şəklində işləmək bacarıqlı, rəsmi sənəd tərtibatında təcrübəli və bacarıqlı, idarəetmə və mentorluq təcrübəsi;
  • Məsuliyyətlilik;
  • Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;
  • Güclü analitika və problemi təhlil etmə bacarığı;
  • Dəqiqlik;
  • Müstəqil və komandada işləmə bacarığı.
Müraciət qaydası:
  • Vakansiyaya son müraciət tarixi: 25.05.2022-ci il;
  • CV-lər[email protected]ünvanına göndərilməlidir;
  • Göstərilən tələblərə cavab verən namizədlərdənnümunəvi formaya uyğunCV-lərini mövzu yerinə “İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə koordinator” yazaraqgöndərmələri xahiş olunur;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az