TƏBİB İnsan resursları departamentinin Təlim və karyera planlaması şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İnsan resursları departamentinin Təlim və karyera planlaması şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. 📌 Vəzifə öhdəlikləri: ▪Tibb müəssisələrində çalışan həkim və orta tibb işçilərinin peşə hazırlığının artırılması işinin təşkili; ▪Tibb sahəsinin müxtəlif istiqamətləri üzrə təlim proqramlarının hazırlanması; ▪Tibb müəssisələrinin rəhbərləri üçün idarəetmə təlimlərinin təşkilində iştirak etmək; ▪İşə qəbul olunan yeni əməkdaşlar üçün adaptasiya proqramının təşkilində iştirak etmək; ▪İşçilərin təlim ehtiyaclarının müəyyən edilməsi üçün müxtəlif mexanizmlərin tətbiq edilməsi; ▪TƏBİB əməkdaşlarının peşə hazırlığının artırılması işinin təşkili; ▪Təlimlərin əməkdaşların karyera inkişafı ilə əlaqələndirilməsi üçün müvafiq tədbirlərin görülməsi; ▪Təlim strategiyası və (və ya) planlarının hazırlanmasının və icra edilməsinin təşkil edilməsi; ▪Təlim proqramları və təlimçilər üçün tələblərin hazırlanması; ▪Təlim və təlimçilər bazasının yaradılması; ▪Müxtəlif yerli və beynəlxalq təlim mərkəzləri ilə əlaqələrin qurulması; ▪Təlim sonu məmnunluq sorğusunun keçirilməsi və nəticələrin təhlili; ▪Təşkil edilmiş təlimlərin vahid uçotunun aparılmasında iştirak etmək; 📌 Vəzifəyə dair tələblər: ▪Ali təhsil - Əsas (baza ali) tibb təhsili ▪Təlim və inkişafı sahə üzrə azı 2 il iş təcrübəsi; ▪Ofis proqramları (Excell, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması; ▪Müvafiq sahə üzrə biliyi təsdiq edən sertifikatın olması arzuolunandır; ▪Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ya ingilis dil biliyi üstünlükdür); ▪Məsuliyyətlilik; ▪Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması; ▪Problemi təhlil etmə bacarığı; ▪Təşəbbüskarlıq və yaradıcılıq; ▪Komandada işləmə bacarığı. 📌 Müraciət qaydası: ▪Vakansiyaya son müraciət tarixi: 01.04.2022-ci il; ▪CV-lər[email protected]ünvanına göndərilməlidir; __________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az