15 Fevral 12:08

“Təbiət Elmlərinin Əsasları” mövzusunda I Respublika Elmi Konfransı keçiriləcək

22   may  2020-ci il tarixində

“TƏBİƏT ELMLƏRİNİN ƏSASLARI” mövzusunda I RESPUBLİKA ELMİ KONFRANSI keçiriləcəkdir.

Konfrans elmin aşağıdakı sahələrini əhatə edir:

·    Tibb

·    Biologiya

·    Genetika

·    Botanika

·    Zoologiya

·    Mikrobiologiya

·    Bioloji təbabət

 

·    Astronomiya

·    Kimya

·    Fizika

·    Coğrafiya

·    Yer elmləri

·    Kənd və meşə təsərrüfatı

·    Baytarlıq və zoomühəndislik

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, türk, rus

  Məqalə­lərin  tərtibinə dair tələblər:

  • Konfransa təqdim edilən məqalədə problemin aktuallığı və alınmış nəticələr əks olunmalıdır və bu hissələr məqalə mətnində qrafik olaraq müvafiq şəkildə (Giriş, Nəticə) göstərilməlidir.
  • Məqalədə müəllifin adı, atasının adı və soyadı,  iş yeri (tam şəkildə), müəllifin şəxsi elektron ünvanı və telefon nömrəsi (məqalənin başlığından əvvəl sağ tərəfdə) göstərilməlidir.
  • Məqalələrin həcmi 5-10 səhifə (A4 format) olmalıdır.
  • Məqalələr 14 ölçudə, 1.5 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 20 mm, sağdan 20 mm, yuxarıdan 20 mm, aşağıdan 20 mm) boşluq buraxılmalıdır.
  • Məqalədən əvvəl konfransın işci dillərində açar sözlər verilməlidir.
  • Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə ingilis və rus dillərində, türk dilində yazılmış məqalələrə ingilis və rus dillərində, rus dilində yazılmış məqalələrə Azərbaycan və ingilis dillərində, ingilis dilində yazılmış məqalələrə isə Azərbaycan və rus dillərində) xülasə yazılmalıdır.
  • Ədəbiyyat siyahısı “Ədəbiyyat” sözü ilə göstərilməlidir. Siyahıda əsərlərin ardıcıllığı istinad ardıcıllığına uyğun verilməlidir. Mənbələr seçilərkən yeni elmi ədəbiyyata üstünlük verilməlidir!

Məqalələrin son qəbul tarixi  30 aprel 2020-ci il  

[email protected]

Ödəniş: təqdim olunan məqalənin hər səhifəsi 5 (beş) manat təşkil edir

 

Daxil olan məqalənin çapa tövsiyyə olunması barədə bildiriş və anket forması 3 (üç) gün müddətində müəllifin elektron ünvanına göndəriləcəkdir.

 

 

Ünvan:

Az1073, Bakı ş., Yasamal r-nu,

Mətbuat pr., 529,

“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə

Tel.: (+994 12) 510 63 99

Mob.: (+994 50/55) 209 59 68

e-mail: [email protected]

Bəyən və paylaş