12 Fevral 13:00

“Təbiət Mənim Evim” layihəsinə qeydiyyat açıq elan olunur!

“Təbiət Mənim Evim” layihəsinə qeydiyyat açıq elan olunur!

Gənclər Fondunun maliyyə dəstəyi ilə  həyata keçirilən “Təbiət Mənim Evim” layihəsinə start verilir.  Layihənin əsas məqsədi  gənclərin ekoloji biliklərini və təşəbbüskarlıqlarını artırmaq həmçinin komanda kimi ekologiyaya faydalı olmağa çağırmaqdır.  Layihə Gəncə şəhərində  həyata keçiriləcək. 19-20 fevral tarixlərində olmaqla iki gün davam edəcək layihədə gənclər ekoloji təşəbbüskarlıq və komanda quruculuğu təlimlərində iştirak edəcəklər. Həmçinin layihədə əvvəlcədən hazırlanmış videçarx nümayiş olunacaq. Layihə çərçivəsində hər iki gün üçün iştirakçılar kofe fasiləsi ilə təmin olunacaqdır. Layihə iştirakçıları sonda sertifikatla təltif ediləcək.

Layihənin keçiriləyi yer: Gəncə Dövlət Universiteti

Qeydiyyat linki: https://bit.ly/2USYAs7

Əlaqə vasitələri: Layihə rəhbəri – Orxan Salmanov  +994507195662

[email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)