27 İyun 12:13

“Təcəsssüm” adlı sərgi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Retro Holding  və  Xətai  Sənət  Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il 7  iyul tarixində saat 11:00-da Xətai Sənət Mərkəzində “Təcəssüm (Kaat’ı Sənəti və Rəssamlıq)” çərçivəsində İnci Aksu, Nicat Muxtarlı və Aysel Günəşin fərdi  sərgisi keçiriləcəkdir.

İnci Aksu 1973-cü il  aprelin 25-də  İzmir şəhərində  anadan olmuşdur. 1999-ci ildə İzmir şəhəri “Əl Sənətləri” kursunda təhsil almış və Kaat’ı Sənəti dərslərini Ertuğrul Özkasnaklı’dan öyrənmişdir . İnci Aksu 7 ildir Kaat’ı Sənətini, İzmir şəhərində fərdi kursda tədris etməkdədir . 2011-2017  illər ərzində 5 dəfə Fərdi Kursant Sərgiləri keçirilmişdir.

İnci Aksu ilk dəfə olaraq Bakı-da Kaat’ı Sənətinin gözəlliklərini nümayiş etdirəcəkdir.

Nicat Muxtarlı 1992-ci il mart ayının 22-də Bakı şəhərində anadan olmuşdur. 2001-2002-ci illərdə Pionerr kursunda rəsm dərsi almışdır. 2009-2013 illərdə Azərbaycan Dövlət Turizm İnstitutunda, 2014-2015-ci il ərzində İzmir Ekonomi Universitetində Magistratura, 2016- ci ildən isə Azərbaycan Qərb Universitetində Doktorantura təhsili almaqdadır. Hal-hazırda rəsm iə fərdi məşğul olmaqdadır, Bakıda və İzmir şəhərində bir çox sərgilərə qatılmışdır.

İlk fərdi sərgisi İzmir şəhərində daha sonra 2-ci fərdi sərgi İzmir Dövlət Balçova Mədəniyyət Mərkəzində və 2017-ci ildə İnci Aksu ilə birlikdə fərdi sərgisi keçirilmişdir.

Növbəti sərgi iyul ayının 7-də Bakı şəhəri Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Aysel Güneş 1983-cü il dekabr ayının 12-də Bakı şəhərində anadan olmuşdur. 36 sayli Musqisi Məktəbini bitirdikdən sonra (fortepiano üzrə), Asəf Zeynallı adına musiqi kollecinə qəbul olunub. 2000-2014 illər ərzində Pianist, Konsertmestr olaraq işləyir, 2000-2012 illər ərzində “Milli Festivallara və tədbirlərə” , 2002-ci ildə “Morskovskiy Etüd”-də ifa etmişdir. 2016-cı ildən Kaat’ı Sənəti ilə məşğuldur.

Sərgi iyul ayının 7-də başlayacaqdır.

Sərgiyə giriş sərbəstdir.

Xətai Sənət Mərkəzinin ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 62.

Bəyən və paylaş

Rəylər

rəy(lər)