10 Yanvar 22:13

TechCentrum: Data Science və Data Engineering

Texnologiyanın həyatımızın əsas parçasına çevrilməsi ilə birlikdə fərqli vasitələrlə iri həcmli məlumatlar yığılır. Bu məlumatlarda bizim həyat tərzimiz, istəklərimiz, hətta psixologiyamız gizlənib. Data Science bu məlumatları üzə çıxarır və onlardan bizneslər üçün uğurlu modellər qurur. Bu sahə internetdə istifadəçiyə uyğun reklamları göstərmək üçün, bank müştərilərinə onların əməliyyat tarixçəsinə uyğun təkliflər etmək üçün, obyektlərin vizual olaraq tanınması üçün, insan nitqinin tanınması üçün və s. istifadə oluna bilir. Bunun üçün Data Science və Data Engineering mütəxəssisləri birlikdə çalışır və faydalı nəticələr ortaya çıxarırlar. Bu iki sahə bir-birindən çox asılı olsa da, hər birinin yekun nəticə üçün fərqli rolları var. Data Engineering mütəxəssislərinin məsuliyyətləri verilənlər bazalarının idarə olunmasını, performansının yüksəldilməsini əhatə etdiyi halda Data Science mütəxəssisləri bu verilənlərdə gizlənmiş məlumatların araşdırmasını və əhəmiyyətli modellərin qurulmasını təmin edir. Hal-hazırda bu sahələr kifayət qədər inkişaf edib və həyatımızda uğurlu şəkildə tətbiq olunur.

Bu sahələrin real istifadə sahələri, tətbiq metodları, iş imkanları haqqında məlumatlar və bu sahənin mütəxəssisləri olmaq üçün hansı yollardan keçmək lazım olması seminarda Ramin Orucov və Kamil Ələsgərov tərəfindən ətraflı şəkildə danışılacaq.

🗓Tarix: 26 yanvar 2019

⏰Vaxt: 12:00-14:00

Qeydiyyat linki: https://goo.gl/forms/W3UiWA5nC8kHXd2C2

Qeydiyyatın son günü 23 Yanvar 17.00

📍Ünvan: “The Office” kovörkinq mərkəzi, Bəşir Səfəroğlu 215, Nizami kinoteatrının yanı

✔Tədbirdə iştirak ödənişsizdir.

Spikerlər haqqında:
Ramin Orucov
-İKT üzrə 10 ildən artıq professional təcrübəyə malikdir.
-2009-2016-cı illər ərzində Azercell Telecom şirkətində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı illərdə Məlumat xidmətləri bölümünün rəhbəri vəzifəsində işləmişdir.
-2016-cı ilin noyabr ayından 2018-ci ilin iyul ayına kimi Polşanın Luxoft şirkətində aparıcı proqramçı-big data mühəndisi kimi çalışmışdır.
-2018-ci ildə yaratdığı ITCITY şirkətinin texniki direktoru, itcity.academy-nin həmtəsisçisi və təlimçisidir.
-Java, Oracle, Big data və Cloud texnologiyaları mütəxəssisidir.

Kamil Ələsgərov
-Bank sektorunda data analizi və risklərin idarə edilməsi sahəsi üzrə 10 illik təcrübə malikdir.
-Statistika, Ekonometrika və Əməliyyatların tədqiqi (Operations Research) sahələri üzrə İqtisad, Xəzər və ADA universitetlərində dərs deyib.
-Baker Tilly Azerbaijan-da risk sahəsi üzrə layihə meneceridir və Azərbaycan maliyyə sektorunda data science-in tətbiqi ilə məşğuldur.
-“Data science və machine learning essentials” mövzusunda treninqlər aparır.

Əlavə məlumat üçün [email protected] ünvanına və ya 0508680078 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)