“Təchizat üzrə kiçik mütəxəssis” vakansiyası

“Superfon” şirkəti olaraq hal-hazırda “Təchizat üzrə kiçik mütəxəssis” axtarışındayıq.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 1 il
Təhsil: Ali

Vəzifə öhdəlikləri:

1. Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
2. Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasının təşkil edilməsi;
3. Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
4. Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
5. Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
6. Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
7. Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
8. Bütün tələb olunan sənədləşmə və yazışmaları aparmaq;
9. Təchizat/satınalma müqavilələrini hazırlamaq və razılaşdırılmasını təşkil etmək.

Tələblər:

1. İşgüzar ünsiyyət etikası;
2. Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
3. Hesabatların tərtib edilməsi bilikləri;
4. ERP sistemdə və ofis proqramlarında işləmə bacarığı.
5. Şəxsi avtomobil

Təminatlar:
– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– Korporativ mobil nömrə.
Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Təchizatçı” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

__________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles