22 Mart 22:53

“TechLab” layihəsi keçiriləcək

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Cavanın tərəfdaşlığı ilə XI qrant müsabiqəsinin qalibi Səba Əliyevanın “TechLab” layihəsinə start verilir.

Layihə çərçivəsində gənclər 4 gün müddətində düzgün foto və video çəkiliş, onların düzgün rənglənməsi, onlayn etiket, SMM, bloq üzərindən gəlir əldə etməyin yolları və s. müxtəlif mövzularda təlim və seminarlarda iştirak edəcəklər. Layihənin keçirilməsində əsas məqsəd gənclərin sosial şəbəkələrdən səmərəli istifadəsini təmin etməkdən ibarətdir.

Qeyd edək ki, layihə 6, 7, 13 və 14 aprel tarixlərində Gənclərin İnkişaf və Karyera Mərkəzində həyata keçiriləcəkdir.

Qeydiyyat üçün link: https://goo.gl/forms/FztmGoOwWGsi5H512
Son qeydiyyat tarixi: 31 mart

Bəyən və paylaş

Rəylər

rəy(lər)