7 İyul 21:41

TƏCİLİ! Elseo.az MMC Yay Təcrübə proqramına start verir

Komandamızda yeni “Content writer” və “Search Engine Marketing (SEM) ” ilə bağlı internship proqramına başlayırıq. Təcrübə üçün komandamıza qoşulacaq 4 nəfərdən biri də siz ola bilərsiniz.

Əsas hədəfi dijital sahədə özünü inkişaf etdirmək olan , aktiv və daim öyrənməyə həvəsli olanları dəvət edirik. Bizimlə birlikdə siz bunları öyrənəcək, tətbiq edəcək və təcrübə qazanacaqsınız

Əsas olaraq təcrübə qazanacaqsınız:

Kontentlərin yazılması
SEO kontentlərinin formalaşdırılması
SEM kontentlərinin formalaşdırılması

Əlavə olaraq da marağınızdan asılı olaraq bunlarla da bağlı təcrübə əldə edə biləcəksiniz:
On page SEO optimizasiya
Off page SEO optimizasiya
Youtube SEO optimizasiya
Veb saytların idarəolunması
Google Adwords, Yandex reklamlarının yaradılması və idarə olunması

Təcrübəçidən gözləntilərimiz:
Gələcək hədəfi dijital marketinq üzrə ixtisaslaşmaq olmalı  Daim araşdırmağı sevməli və özünü inkişafa meyilli olmalı
Yeni məlumatlar öyrənməyə və öyrəndiklərini paylaşmağa həvəsli olmalı

Təcrübəyə gələcək şəxslər ölkənin bir sıra böyük həcmli trafiki olan saytlarının texniki tərəfləri ilə tanış olacaq
və onlarla iş üzrə təcrübə əldə edəcək. Təcrübə müddətimiz 3 ay təşkil edir.

Ünvan : Ə.Rəcəbli 156A. Aynalı plaza
İş Saatları : B.e – Cümə 09:00-18:00

CV-lərinizi və ya özünüz haqqında qısa informasiya yazmaqla müvafiq olaraq “Content writer” və ya “Search Engine Marketing (SEM)” başlığı ilə [email protected] email adresinə yollamaları xahiş olunur. Müsahibələr qısa zamanda başlayacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)